20:37 Azərbaycanlı bloger evinə robot aldı 20:13 Kriptovalyutalar yeni həftəyə ucuzlaşma ilə başladı 20:12 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - SON QİYMƏTLƏR 20:11 Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq? - RƏSMİ 20:10 Bu bürclər hər söhbətdən düz çıxır 20:09 Məşhur amerikalı yazıçı dünyasını dəyişdi 20:07 Yeni il yarmarkasında yanğınla bağlı təhlükəsizlik tədbirləri görülüb 20:06 2025-ci il üzrə peşə tanınması ilə bağlı son imtahan keçiriləcək 20:04 Uşaqlarda ən gec aşkarlanan təhlükə - Övladı olan hər kəsə XƏBƏRDARLIQ 19:45 Bəzi rayonlarda yollar dumanlı olacaq

Federasiyadan dopinqlə bağlı AÇIQLAMA

Federasiyadan dopinqlə bağlı AÇIQLAMA
Federasiyadan dopinqlə bağlı AÇIQLAMA


Azərbaycan Taekvondo Federasiyası Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən dopinqə görə cəzalandırılan Ramin Əzizov barədə açıqlama yayıb.

Federasiyadan "Report"a verilən məlumata görə, bu barədə məktub AMADA tərəfindən federasiyaya iyulun 6-da göndərilib, lakin koronavirus pandemiyası səbəbindən əməkdaşların işdə olmaması məktubun rəhbərliyə çatmaması ilə nəticələnib. Buna görə də federasiya rəsmiləri diskvalifikasiya barədə məlumatdan AMADA-nın açıqlamasından sonra xəbər tutub.

Bildirilib ki, Ramin Əzizov mart ayında idmançı karyerasını başa vurması barədə quruma rəsmi müraciət edib. Onun bundan sonra yarışlara çıxmayacağını nəzərə alan federasiya rəhbərliyi bu hadisə ilə bağlı hər hansı tədbir görməyi və ya hansısa quruma müraciət etməyi düşünmür.

Qeyd edək ki, AMADA idmançının orqanizmində istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi aşkarlayıb və ona iki illik cəza verilib.

Xatırladaq ki, Ramin Əzizov (80 kq) 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, 2012-ci ildə Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında gümüş, 2014-cü ildə Bakıdakı eyni yarışda bürünc medal əldə edib. Taekvondo 2014-cü ildə Cənubi Koreyadakı dünya çempionatında bürünc medal qazanıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница