13:07 Yas məclisləri ilə bağlı QƏRAR - Bütün ölkə üzrə... 07:47 Azərbaycana yeni BYD-lər gəlir 18:47 Mirasa görə atasını BALTALADI: adını oğluna qoymuşdu 18:37 Yanvarın 11-i Dünya Qoruqlar və Milli Parklar Günüdür 18:36 Qar, güclü külək və duman müşahidə olunur - FAKTİKİ HAVA 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:01 Bakıda kirayədə qalan gənc qız dəm qazından boğularaq öldü

Nazirdən xaricə gedənlərə xəbərdarlıq

Nazirdən xaricə gedənlərə xəbərdarlıq
Nazirdən xaricə gedənlərə xəbərdarlıq





Mədəniyyət və Turizm Nazirliyi səyahətə gedən vətəndaşlara müraciət edib.

May.Az xəbər verir ki, nazirlik əhalinin nəzərinə çatdırır ki, xarici ölkələrə turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətin turist vauçerini, səfərlə bağlı ödəniş sənədlərini, eləcə də "Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

Bəzi turizm şirkətləri vətəndaşlara turizm məhsulunu təqdim edərkən Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş tələblərinə riayət etmir və bu da vətəndaşlarda çaşqınlıq yaradır.

Belə halların qarşısının alınması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi "Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə uyğun olaraq hazırlanmış müqaviləni mütləq şəkildə tələb etməyi tövsiyə edir. Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır:

turist (alıcı) haqqında turizm məhsulunun satışı üçün zəruri olan həcmdə məlumat;
səyahətin proqramı və marşrutu barədə məlumat göstərilməklə turizm məhsulunun istehlak xassələri, turistlərin təhlükəsizlik şərtləri, turizm məhsulunun sertifikatlaşdırılmasının nəticələri haqqında düzgün məlumat;

Tərəflərin hər birinin, səyahət vaxtı şəraitin əsaslı dəyişikliyi ilə əlaqədar olaraq, müqaviləni dəyişdirməyi və ya onu pozmağı tələb etmək hüququ var.
Həmçinin, turizm şirkəti tərəfindən təqdim edilən müqavilənin şərtləri diqqətlə oxuduqdan sonra imzalanması tövsiyə olunur.
turizm vauçeri - turistlərə xidmət göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə daxil olan xidmətlər üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi faktını təsdiq edən sənəd.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница