13:07 Yas məclisləri ilə bağlı QƏRAR - Bütün ölkə üzrə... 07:47 Azərbaycana yeni BYD-lər gəlir 18:47 Mirasa görə atasını BALTALADI: adını oğluna qoymuşdu 18:37 Yanvarın 11-i Dünya Qoruqlar və Milli Parklar Günüdür 18:36 Qar, güclü külək və duman müşahidə olunur - FAKTİKİ HAVA 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:01 Bakıda kirayədə qalan gənc qız dəm qazından boğularaq öldü

Yanvarın 11-i Dünya Qoruqlar və Milli Parklar Günüdür

Yanvarın 11-i Dünya Qoruqlar və Milli Parklar Günüdür

Yanvarın 11-i hər il Dünya Qoruqlar və Milli Parklar Günü kimi qeyd olunur. Bu təşəbbüs 1997-ci ildən etibarən Ümumdünya Vəhşi Təbiət Fondu tərəfindən həyata keçirilir. 


Azərbaycanda hal-hazırda 913 342 hektar sahəni əhatə edən xüsusi mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlar arasında 12 milli park, 9 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,55%-ni, milli parklar 5,3%-ni, dövlət təbiət qoruqları 1,19%-ni, dövlət təbiət yasaqlıqları isə 4,05%-ni təşkil edir.

Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. İlk belə ərazi Eldar şamı Botaniki Yasaqlığı olub. Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə, ölkənin ilk milli parkı isə 2003-cü ildə akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adı ilə yaradılıb. Son olaraq 2025-ci il iyulun 14-də İlisu və Axar-Baxar milli parkları istifadəyə verilib.

Bəsitçay, Qaragöl dövlət təbiət qoruqları və Laçın, Qubadlı, Daşaltı, Arazboyu dövlət təbiət yasaqlıqları işğaldan azad edilmiş ərazilərdə yerləşir. Təəssüf ki, 30 ilə yaxın davam edən işğal dövründə bu ərazilərə ciddi ziyan dəymişdi, lakin torpaqların azad edilməsindən sonra onların bərpası işlərinə başlanılıb.

Bu gün bütün milli parklarda "Açıq qapı" günü elan olunub. Ziyarətçilər Azərbaycan ərazisindəki milli parklara gələrək füsunkar təbiət mənzərələrindən zövq ala və səmərəli gün keçirə bilərlər.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница