13:07 Yas məclisləri ilə bağlı QƏRAR - Bütün ölkə üzrə... 07:47 Azərbaycana yeni BYD-lər gəlir 18:47 Mirasa görə atasını BALTALADI: adını oğluna qoymuşdu 18:37 Yanvarın 11-i Dünya Qoruqlar və Milli Parklar Günüdür 18:36 Qar, güclü külək və duman müşahidə olunur - FAKTİKİ HAVA 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:01 Bakıda kirayədə qalan gənc qız dəm qazından boğularaq öldü

Ən etibarlı hibrid avtomobillər: Onlar sizi təqaüdə qədər aparar

Ən etibarlı hibrid avtomobillər: Onlar sizi təqaüdə qədər aparar
Hibrid avtomobillər həm daxiliyanma mühərriklərinin gücünü, həm də elektrik sistemlərinin səmərəliliyini birləşdirərək sürücülərə yanacağa qənaət və ekoloji baxımdan daha təmiz bir alternativ təqdim edir. Lakin bir çox sürücü bu avtomobillərin uzunömürlülüyü barədə tərəddüd edir.

Milyon.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, hibrid avtomobillər bazarda ən etibarlı modellər arasında yer alır. Düzgün qulluq göstərildiyi halda bu avtomobillərin illərlə ciddi nasazlıq yaşamadan işlədiyi və "təqaüdə qədər dayana biləcəyi" vurğulanır.
Ekspertlər hibrid avtomobil almaq istəyən sürücüləri batareya ömrü və dəyişmə xərci barədə məlumatlı olmağa çağırır. Bildirilir ki, batareya dəyişimi bir neçə min dollara qədər çata bilər, buna görə uzunmüddətli batareya zəmanəti olan modellərin seçilməsi tövsiyə olunur.
Həmçinin, ikinci əl bazarında dəyərini qoruyan modellərin daha sərfəli olduğu qeyd edilir.
Mütəxəssislər bildirirlər ki, hibrid avtomobillər az yanacaq sərfiyyatı axtaranlar üçün ideal seçimdir. Bu modellər ənənəvi benzinli avtomobillərlə müqayisədə xeyli az yanacaq sərf edir və həm şəhərdaxili, həm də uzun məsafəli sürüşlərdə ciddi qənaət imkanı yaradır.

Mütəxəssislərin etibarlılığına görə seçdiyi hibrid avtomobillər bunlardır:

Kia Sportage
Hyundai Sonata
Honda Accord
Toyota Corolla
Toyota Camry
Kia Soul
Hyundai Elantra
Toyota Prius

Bu modellərin illərlə nasazlıq yaratmadan işlədiyi və baxım xərclərinin aşağı olduğu bildirilir.
Mütəxəssislər həmçinin qiymət-performans nisbətinə görə ən yaxşı ikinci əl elektrikli avtomobilləri də qiymətləndirib.

Sınaqlarda performans, məsafə və davamlılıq baxımından öndə gələn modellər arasında:
Tesla Model 3
Polestar 2
Volkswagen ID.4
Bu avtomobillərin geniş istifadəçi kütləsinə uyğun olduğu və ikinci əl bazarında dəyərini qoruduğu vurğulanıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница