Daha bir ailə faciəsi: ondan iş tapıb çalışmasını istəyən atasını öldürdü, anasını isə yaraladı
22-07-2018, 20:31
Materialları qiymətləndirmək, yazılar yaratmaq və şərhlər yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin.
Daxil ol
Türkiyədə oğul mirasa görə atasını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Tokat şəhərinin Topçam məhəlləsində baş verib.
Məlumata görə, M.C. atası Zihni Cankurtarana məxsus əmlakları satıb. Bunu eşidən kişi Yunanistandan Tokata gəlib. Burada ata-oğul arasında mübahisə yaranıb. Mübahisə zamanı M.C. balta ilə atasını vuraraq, öldürüb. Sonra isə meyiti bağ evinin həyətindəki hovuzun yanında yeraltı anbarda gizlədib.
Mərhumun qızları ataları ilə əlaqə saxlaya bilmədikləri üçün polisə xəbər veriblər. Polisin araşdırması nəticəsində M.C. şübhəli qismində saxlanılıb. Məhkəmə qərarı ilə M.C. həbs olunub. Araşdırma aparılır.
Qeyd olunur ki, M.C.-nın 26 yaşlı oğlu öldürdüyü atası Zihninin adını daşıyır.
22-07-2018, 20:31
8-10-2016, 11:24
20-09-2016, 01:15
7-10-2016, 01:15
27-08-2018, 14:16