18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Fevralda havanın temperaturu 15 gün normadan aşağı olub

Fevralda havanın temperaturu 15 gün normadan aşağı olub

"Fevral ayında ölkə ərazisində soyuq hava kütlələrinin təsiri daha çox təkrarlanıb. Buna uyğun olaraq havanın temperaturu Bakı və Abşeron yarımadasında iqlim norması ilə müqayisədə 15 gün normadan aşağı olub, orta aylıq temperatur isə 3.6 dərəcə isti qeydə alınıb".

Oxu.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, ötən ay maksimal temperatur fevralın 16-ı qeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu ölkə üzrə İmişli rayonunda 18, Bakıda və Abşeron yarımadasında isə 15 dərəcə isti olub. Ay ərzində ən soyuq dövr 24-25 fevral tarixlərində qeydə alınıb. Belə ki, ölkə üzrə Şahdağda 23, Bakıda və Abşeron yarımadasında isə 7 dərəcə şaxta müşahidə olunub:

"2025-ci ilin fevral ayında bölgələr üzrə 20 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağış bölgələr üzrə aylıq normanın 244 faizi olmaqla Lənkəran-Astara zonasına, aylıq normanın 172 faizi olmaqla isə Bakı və Abşeron yarımadasına düşüb".

N.Mahmudov qeyd edib ki, 2025-ci ilin fevral ayında Bakıda və Abşeron yarımadasında 10 gün qarlı hava şəraiti müşahidə olunub. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü 12 sm olub.

Bölgələrdə isə ən çox qar Balakən-Şəki zonasında qeydə alınıb, Zaqatalanın dağlıq ərazilərində (Əlibəy) qar örtüyünün maksimal hündürlüyü 82 sm-ə çatıb:

"Qeyri-sabit hava şəraitinin fonunda ay ərzində arabir güclənən şimal-qərb küləkləri üstünlük təşkil edib və ümumilikdə küləkli hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq 12 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 19 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, bölgələrdə isə 24 m/s-dək güclənib".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница