16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA (03.10.2024)

Küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA (03.10.2024)

Oktyabrın 3-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

Oxu.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 3-ü saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur.

Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti 20 m/s təşkil edir.

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Oktyabrın 3-ü saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Qrız, Gədəbəydə 10 mm, Tərtər, Şahdağda 8 mm, Göygöl, Şəki, Daşkəsəndə 7 mm, Ağdam, Balakən, Qəbələ, Qax, Quba, Qusarda 6 mm, Bərdə, Göyçay, Gəncə, Biləsuvar, Zaqatala, Tovuz, Şahbuzda 5 mm, Yevlax, Xınalıq, Altıağac, Şəmkir, Zərdab, Qobustan, Mingəçevir, Beyləqan, İsmayıllı, Xaltan, Sədərək, Naxçıvan, Naftalan, Ceyrançöl, Xaçmaz, Ağstafa, Oğuz, Ağsu, Goranboy, Şamaxı, Şabran, Kürdəmir, Sabirabad, Astarada 4 mm-dək, Pirallahıda 8 mm, Bakıda 4 mm, Sumqayıt, Maştağa, Binə, Çilov Adasında 1 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Şahdağda arabir 20 m/s, Bərdədə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 21 m/s-dək güclənib.

Göygöl, Daşkəsən, Göyçay, Qusar, Qrız, Şəmkir, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 26, Aran rayonlarında 25, dağlıq rayonlarda 17 dərəcəyədək isti qeydə alınıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница