19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq

Varikozun yeganə effektiv müalicə ÜSULU

Varikozun yeganə effektiv müalicə ÜSULU

Venaların varikoz genişlənməsi sadəcə estetik problem deyil, həm də ciddi xəstəlikdir və təhlükəli nəticələrə gətirib çıxara bilər.

Oxu.Az-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə tanınmış fleboloq Dina Bestayeva xəbərdarlıq edib.

Ekspert bildirib ki, varikoz genəlmə zamanı baş verən dəyişikliklər dönməzdir və heç bir məlhəm, həb, ya kompressiya corabları xəstəliyi tam müalicə edə bilməz. Onlar yalnız simptomları yüngülləşdirir.

"Varikozun yalnız cərrahi yolla, xəstə venaları yox eləməklə müalicəsi mümkündür. Bu məsələdə endovazal lazer koaqulyasiyası ən innovativ, təhlükəsiz və effektiv üsuldur. Prosedurun mahiyyəti ondan ibarətdir ki, lazer enerjisi işıq ötürücüsü vasitəsilə birbaşa vena divarlarına ötürülür və onları yastılaşdırır. Emal edilmiş vena birləşdirici toxuma zolağına çevrilir və zamanla izsiz sorulur. Bu, klassik cərrahiyyəyə qarşı daha yumşaq alternativdir", - deyə həkim izah edib.

Fleboloqun sözlərinə görə, varikoz - irsən ötürülən genetik şərtlənmiş xəstəlikdir.

"Müəyyən zülalların istehsalında pozğunluq səbəbindən venalar elastikliyini itirir. Vəziyyəti ağırlaşdıran təhrikedici amillər isə hərəkətsiz həyat tərzi, artıq çəki, hormon preparatlarının qəbuludur", - deyə həkim sözlərini yekunlaşdırıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница