08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

"TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT

"TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT

"TikTok" sosial şəbəkəsindən pul qazanmaq üçün istifadə edənlərin sayı günbəgün artır. Təəssüf ki, asan yolla pul qazanmaq kimi qiymətləndirilən bu üsul nəticəsində bir çox insan dələduzların qurbanı olur.

Son dövrlərdə isə "TikTok" platformasında falçılıq edənlərin çoxluğu gözə dəyir. Onlar canlı yayım açaraq kartla fala baxırlar və insanlara gələcəkləri barədə məlumat vermək üçün ödəniş istəyirlər. Təəssüflər olsun ki, qeyri-qanuni fəaliyyətlə məşğul olan bu falçıların izləyici kütləsi də böyükdür. İnsanlar onlara inanır və ödənişlər edirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Bizim.Media-nın göndərdiyi sorğuya cavab olaraq məsələnin araşdırıldığı bildirilib:

"Sosial şəbəkələrdə "falçılıq", "baxıcılıq", "taleyin dəyişdirilməsi" və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.

Vətəndaşlardan mənimsənilən pul vəsaitlərinin miqdarından asılı olaraq hal barəsində inzibati və yaxud cinayət icraatı açılır. Sosial şəbəkə istifadəçilərinə bu kimi hallarda diqqətli davranmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir halda ödəniş etməməyi və şəxsi məlumatlarını tanımadığı şəxslərlə paylaşmamağı tövsiyə edirik".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница