08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Komitə sədri: "Bazarda bir manata araq satılır"

Komitə sədri: "Bazarda bir manata araq satılır"

"Bazarda bir, iki, üç manata araq satılır. Halbuki, bir litr araq üçün aksiz vergisi 4.8 manatdır. Necə olur ki, 4.8 manat aksiz vergisi olan araq bir-iki manata satılır?"

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

O bildirib ki, bu amil vergidən yayınma ilə bağlıdır:

"Çünki məhsulun maya dəyəri keyfiyyətli istehsal xərcinə imkan verməlidir. Ondan sonra isə növbəti mərhələlər gəlir. Buraya topdansatış həlqəsində gəlirlilik məsələsi də aiddir. Bu da ona görə müəyyən edilir ki, vergidən yayınma halları olmasın".

"Milli iqtisadiyyatımızın sütunları var. Buraya neft sənayesi aiddir. Bir də var, qeyri-neft sənayesini müəyyənləşdirən istehsal müəssisələri. Bu sənayenin qurulmasına milyonlarla vəsait sərf olunub. Lakin bu cür haqsız və qanunsuz sahibkarlığa görə işsizlik yaranır, qanuni iş yerləri arxa plana keçir, bu sənayenin iqtisadiyyata töhfəsi azalır.

İstənilən halda bazar iqtisadiyyatı haqsız yox, haqlı rəqabətin olduğu iqtisadiyyatdır. Bazar iqtisadiyyatı qanunsuz sahibkarlığa əsaslanmır və dövlət qarşısında öhdəliyini yerinə yetirməlidir. Bu qanun da ("İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" - red.) buna əsaslanır və sadalanan aspektlər layihədə öz əksini tapır", - komitə sədri əlavə edib.

Mərahim Nəsib



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница