08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Valideynlərin NƏZƏRİNƏ: Yeni elektron sistem istifadəyə veriləcək

Valideynlərin NƏZƏRİNƏ: Yeni elektron sistem istifadəyə veriləcək

"Məktəbdənkənar təhsil müəssisələrinə şagirdlərin qəbulu elektronlaşdırılır".

Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Agentliyin 1 illik fəaliyyətinə dair "Hesabat Brifinqi"ndə qeyd edib.

O bildirib ki, 20 pilot müəssisənin iştirak planlaşdırılır:

"Mk.edu.az elektron sistemi istifadəyə veriləcək. Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə qəbulu elektronlaşdırılır. Prosesin çevik, daha əlçatan və şəffaf olması məqsədi ilə həyata keçiriləcək elektron qəbul prosesində 20 pilot müəssisənin iştirakı planlaşdırılır. Qeydiyyat Portal.edu.az veb-səhifəsi vasitəsilə həyata keçiriləcək. Valideynlər təhsil müəssisələrinə getmədən şəxsi kabinet üzərindən qeyd olunan xidmətdən yararlana biləcəklər. Bu məqsədlə təkmilləşdirilmiş mk.edu.az bazası 145 müəssisənin istifadəsinə verilir. Qəbul üçün müraciət edən uşaqların məlumatları mk.edu.az sistemi ilə inteqrasiya olunaraq avtomatik daxil ediləcək".

Aygün Mirakif



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница