08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

İki nəfərin boğulduğu tuneli tikən şirkət: "Nöqsanların olub-olmadığı barədə heç nə deyə bilmərik"

İki nəfərin boğulduğu tuneli tikən şirkət: "Nöqsanların olub-olmadığı barədə heç nə deyə bilmərik"

Bakıya yağan güclü yağışlar səbəbindən Sabunçu rayonu Asəf Əsədullayev küçəsindəki tunelə yağış sularının dolması nəticəsində iki nəfər boğularaq həyatını itirib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tunelin tikintisi zamanı nöqsanlara yol verildiyi barədə açıqlaması isə müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə tuneli tikən şirkət "Körpü Bina Tikinti" MMC-yə qarşı ciddi etirazlar səsləndirilib, şirkətin fəaliyyətinin araşdırılması tələb olunub.

BiG.AZ xəbər verir ki, Pravda.az səslənən etirazlarla bağlı "Körpü Bina Tikinti" MMC-nin rəhbərliyindən mövqe öyrənməyə çalışıb.


Adını təqdim etmək istəməyən şirkətin müdir müavini deyib ki, tunelin tikintisində nöqsanların olub-olmadığı barədə hələlik heç nə deyə bilmirlər:

"Hamımız məsələdən xəbərdarıq. Aidiyyəti üzrə bizə məsələnin araşdırılması barədə heç nə deyilməyib, biz özümüz araşdırırıq ki, necə olub".

Xatırladaq ki, "Körpü Bina Tikinti" MMC 2001-ci ildə təsis edilib. Rəhbəri Xəlil Göyüşovdur.



Mənbə: https://big.az/542717-iki-neferin-boguldugu-tuneli-tiken-sirket-noqsanlarin-olub-olmadigi-barede-hec-ne-deye-bilmerik.html

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница