08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Jan-Klod Van Dammın Qəbələdəki heykəli götürüldü

Jan-Klod Van Dammın Qəbələdəki heykəli götürüldü

Dünyaşöhrətli amerikalı aktyor Jan-Klod Van Dammın Qəbələ rayonunun Vəndam kəndindəki heykəli götürülüb.

Bu barədə məlumatı İqtisadiyyat.az-a kəndin bələdiyyə sədri Asif Həşimov təsdiqləyib.

Onun sözlərinə görə, heykəlin götürülməsi yol çəkilişi ilə əlaqədardır:

"Respublika əhəmiyyətli yolun tikintisi ilə əlaqədar olaraq, heykəl oradan götürülüb. Çünki abidə yolun qoruma zolağında yerləşirdi. Buna görə də həmin ərazidən götürülüb və mühafizə olunan yerdə qoyulacaq".

Qeyd edək ki, Vəndam kəndində məşhur aktyor Jan-Klod Van Dammın abidəsi bir neçə il bundan əvvəl qoyulub. Abidənin müəllifi məşhur heykəltaraş Azad Əliyevdir. Hollivud ulduzu heykəlinin qoyulmasına görə 2019-cu ildə özünün "Facebook" səhifəsi vasitəsilə Azərbaycana təşəkkür edib.

Məlumat üçün onu da bildirək ki, Jan-Klod Van Dammın oğlu Kristofer Van Barenberq 2021-ci ildə azərbaycanlı Suada Hacızadə ilə ailə həyatı qurub. Cütlüyün izdivacı Azərbaycan ictimaiyyətində böyük marağa səbəb olub.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница