16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Yol kənarlarındakı təhlükə mənbəyi: İstismara yararsız və tərk edilmiş avtomobillər

Yol kənarlarındakı təhlükə mənbəyi: İstismara yararsız və tərk edilmiş avtomobillər

Son illər şəhərlərimizin küçələrində narahatedici bir mənzərə ilə tez-tez rastlaşırıq - yol kənarlarına atılmış, yararsız vəziyyətdə olan və sahibsiz qalmış avtomobillər. 

Yol kənarlarındakı təhlükə mənbəyi: İstismara yararsız və tərk edilmiş avtomobillər

Bu avtomobillər şəhərlərin estetik görünüşünü korlamaqla yanaşı, ekoloji tarazlığa və yol hərəkəti təhlükəsizliyinə də ciddi təhdid yaradır.

Oxu.Az məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanlayıb.

İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, illərdir istismar olunan və texniki baxımdan yararsız vəziyyətə düşən bu avtomobillər həm ətraf mühitin çirklənməsinə səbəb olur, həm də xüsusilə sutkanın qaranlıq vaxtlarında və ya məhdudiyyətli görünmə şəraitində yol hərəkəti iştirakçıları üçün real təhlükə mənbəyinə çevrilir.


"Onların sahiblərinin müəyyən edilməsi əlavə vaxt itkisinə, evakuasiyası isə sonradan şikayətlərə, mülki zəmində mübahisələrə səbəb olur. Ölkəmizdə köhnəlmiş nəqliyyat vasitələrinin idxalının məhdudlaşdırılması, bununla yanaşı, ekoloji təmiz və təhlükəsizlik xüsusiyyətləri yüksək olan nəqliyyat vasitələrinə sürətli keçidin stimullaşdırılması məqsədilə zəruri addımlar atılıb, utilizasiya proqramı qəbul edilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələrinin çıxdaş edilməsi ilə bağlı dəfələrlə əhaliyə çağırışlar edilib, bu sahədə qeydiyyat hərəkətlərinin aparılması sadələşdirilib.

Odur ki, bir daha mülkiyyətində və ya sahibliyində olan avtomobilləri yol kənarlarına atan şəxslərə müraciət edərək, bu kimi halların yolverilməz olduğunu bildirir, onları utilizasiya proqramından yararlanmağa, eləcə də ətraf mühitin qorunması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində qanunla üzərlərinə düşən vəzifələri yerinə yetirməyə çağırırıq. Hesab edirəm ki, bu həm də COP29 ərəfəsində ölkəmiz barəsində müsbət imicin formalaşmasına verilən töhfə olardı", - deyə M.Ağayev qeyd edib.

Əzizə İsmayılova



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница