Xocalı prospektində nəqliyyatın hərəkəti ilə bağlı VACİB AÇIQLAMA

Xocalı prospektində nəqliyyatın hərəkəti ilə bağlı VACİB AÇIQLAMA
0
---
Yayınlanma tarihi: 24-09-2024, 09:51

"Xocalı prospektində avtomobillər hər iki hərəkət zolağından istifadə edə bilərlər".

Bu barədə Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

"Xocalı prospektində parklanma yerləri və velosiped zolağı ilə bərabər avtomobillərin hərəkəti üçün 2 zolaq təşkil edilib. Həmin prospektdə müvəqqəti avtobus zolağında 5.9 - "Marşrut nəqliyyat vasitələri üçün zolaq" yol nişanları quraşdırılmayıb və zolaq hələ ki, qüvvədə deyil.

Bu səbəbdən avtomobillər hər iki hərəkət zolağından istifadə edə bilərlər", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Xocalı prospektində aparılan yeni xətlənmələrin sürücülərin narazılığına səbəb olması ilə bağlı məlumat vermişdik.

Əzizə İsmayılova

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!