08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Bakıda 70 hotelin açıq məkandakı reklamlarında düzəlişlər edilib

Bakıda 70 hotelin açıq məkandakı reklamlarında düzəlişlər edilib

Ötən ay Bakıda ulduz kateqoriyasını düzgün qeyd etməyən 70 mehmanxananın açıq məkandakı reklamlarında düzəlişlər edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyindən məlumat verilib.

Düzəlişlər Azərbaycan Dövlət Reklam Agentliyi ilə Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində edilib. Məlum olub ki, onlar müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirirlərmiş.

Bakı Şəhər Reklam İdarəsinin apardığı tədbirlər nəticəsində həmin obyektlərin reklamları demontaj olunaraq nöqsanlar aradan qaldırılıb.

Araşdırmalar nəticəsində o da məlum olub ki, "Turizm haqqında" qanunda qeyd edilən tələblərə cavab verməyən 77 yerləşmə vasitəsi də hotel adından istifadə etməklə istehlakçı hüquqlarını pozub. Həmin yerləşmə yerlərinin artıq 61-nin açıq məkandakı reklamlarının yayımı dayandırılıb. Bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, "Reklam haqqında" qanunda da qeyd olunduğu kimi reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.

Bakıda 70 hotelin açıq məkandakı reklamlarında düzəlişlər edilib



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница