16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Qocalığı gecikdirən dərman ixtira olundu

Qocalığı gecikdirən dərman ixtira olundu

Cənubi Koreyanın Çung-Ang Universitetinin tədqiqatçıları yaşlanma proseslərini anlamaq və yaşla əlaqəli xəstəliklərlə mübarizə üsullarının inkişafı yolunda mühüm addım atıblar. Belə ki, elm adamları yaşlanma əleyhinə "IU1" adlı dərman preparatı ixtira ediblər.

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, alimlərin tədqiqatlarının nəticələri "Autophagy" jurnalında dərc edilib.

Bildirilir ki, yaşlanmanın əsas səbəblərindən biri hüceyrələrdə zülalların keyfiyyətinə nəzarət sistemlərinin işinin pozulmasıdır; bu, qüsurlu zülalların toplanmasına və hüceyrə stresinə səbəb olur. Məhz bu anormal zülallar "Altsheymer" və "Parkinson" xəstəliyi kimi bir çox yaşla əlaqəli xəstəliklərin inkişafına gətirib çıxarır.

Alimlər aşkar ediblər ki, "IU1" preparatı zülalların hüceyrə keyfiyyətinə nəzarətin iki əsas mexanizminin - proteasomlar və autofagiyanın effektivliyini artırır.

Qeyd edək ki, proteasom - lazımsız və ya qüsurlu zülalları məhv edən çoxzülallı kompleksdir, autofagiya zamanı isə lizosomlar hüceyrələrin disfunksional komponentlərini emal edir.

Həşəratlar üzərində eksperimentlər göstərib ki, "IU1"in tətbiqi əzələ funksiyasının əhəmiyyətli dərəcədə yaxşılaşmasına və ömür uzunluğunun artmasına səbəb olur. Oxşar nəticələr insan hüceyrələri üzərində aparılan tədqiqatlarda da əldə edilib.

Bildirilir ki, tədqiqatın nəticələri müxtəlif yaşla əlaqəli xəstəliklərin müalicə üsullarının işlənib hazırlanması üçün mühüm ola bilər.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница