16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıdan daha üç rayona onlayn bilet satışına başlanılır

Bakıdan daha üç rayona onlayn bilet satışına başlanılır

"Biletim.az" portalı vasitəsilə Bakıdan Şəmkir, Beyləqan və Gədəbəy rayonunun Novoivanovka kəndinə onlayn biletlər satışa çıxarılır.

Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, portala daha əvvəl mövcud olan Bakı-Kürdəmir, Bakı-Siyəzən və Bakı-İsmayıllı marşrutları üzrə də əlavə reyslər daxil edilib. Bakı-İsmayıllı marşrutları üzrə Şamaxı şəhəri aralıq məntəqəsi kimi təyin olunub.

"Beləliklə "biletim.az" portalında 45 şəhər və rayona 74 istiqamət üzrə bilet almaq mümkündür. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 154, nəqliyyat vasitələrinin sayı isə 321-dir", -deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница