16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq

Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sabahdan "Böyük Qayıdış" proqramı çərçivəsində Bərdə-Xankəndi müntəzəm avtobus reysini istifadəyə verəcək.

"Report" nazirliyə istinadən xəbər verir ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.

Gün ərzində 3 dəfə həyata keçiriləcək reys üzrə avtobuslar Bərdə şəhər avtovağzalından saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşəcək. Xankəndi-Bərdə reysi üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib.

Bərdə-Xankəndi reysi və Bərdə-Xocalı aralıq məntəqəsi reysi "biletim.az" portalına inteqrasiya edilib. Bərdə-Xankəndi istiqamətində biletin qiyməti 2,8 manat, Bərdə-Xocalı istiqamətində 2,5 manat təşkil edir.

Biletləri portal üzərindən onlayn qaydada əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin alınması da mütləqdir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница