16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Haber Global"ın altı yaşı tamam olur

"Haber Global"ın altı yaşı tamam olur

Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan "Haber Global" xəbər telekanalı bu gün altı yaşını qeyd edir.

May.Az xəbər verir ki, 2018-ci il sentyabrın 24-də yayıma başlayan "Haber Global" xəbər telekanalı fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycana aid bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri öz auditoriyasına çatdırır.

Bununla yanaşı, yayımlanan verilişlər tamaşaçıların marağına səbəb olub, telekanal auditoriyasını Türkiyə və Azərbaycanda daha da genişləndirib. Fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb.

Xüsusilə, Vətən müharibəsində Azərbaycana tam dəstək verən telekanal Türkiyə ilə yanaşı Azərbaycan tamaşaçılarının da rəğbətini qazanıb.

May.Az kollektivi olaraq "Haber Global" telekanalını fəaliyyətə başlamasının altı illiyi münasibəti ilə təbrik edir, həmkarlarımıza uğurlar arzulayırıq!




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница