16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Kütləvi zəhərlənmələrin qarşısını almaq üçün nə etməliyik?

Kütləvi zəhərlənmələrin qarşısını almaq üçün nə etməliyik?

"Ölkə ərazisində istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin edilməsi həmçinin, qida məhsullarının emalı və çatdırılması xidmətlərinin qida təhlükəsizliyi tələblərinə uyğun təşkili istiqamətində maarifləndirmə işlərinin miqyası genişləndirilib".

Bu barədə Oxu.Az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib:

"Həyata keçirilən tədbirlər çərçivəsində AQTA tərəfindən ictimai iaşə müəssisələrində, keytrinq xidməti göstərən müəssisələrdə qida ilə düzgün davranış qaydalarına həsr olunan maarifləndirici videoçarxlar hazırlanıb. "Qida məhsullarının hazırlanması və çatdırılması xidmətlərinə dair tələblər" adlı videoçarxda ictimai iaşə müəssisələrində məhsulların təhlükəsiz və keyfiyyətli şəkildə istehlakçılara təqdim edilməsi üçün əməl edilməsi zəruri qaydalar haqqında ətraflı məlumat verilib.

Videoçarxda qeyd olunub ki, əvvəlcədən qida obyektində xammalın qəbulu üçün xüsusi sahə ayrılmalı, xammalların çirklənmədən maksimum dərəcədə mühafizə olunması üçün müxtəlif məhsullar ayrı-ayrı sahələrdə saxlanılmalıdır. Eyni zamanda, istifadə olunan alət və ləvazimatlar təyinatına görə ayrılmalıdır. Həmçinin, iş prosesi zamanı əmələ gələn tullantılar ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarına yığılmalı və iş gününün sonunda həmin tullantılar çirklənmə riski yaratmadan qida obyektindən kənarlaşdırılmalıdır.

Bundan başqa videoçarxda sözügedən qaydalara əməl olunmadığı təqdirdə kütləvi zəhərlənmələrin, insan həyat və sağlamlığı üçün risklərin yarana biləcəyi də vurğulanıb".

AQTA tərəfindən hazırlanan "Qida məhsullarının hazırlanması və çatdırılması xidmətlərinə dair tələblər" adlı maarifləndirici videoçarxı təqdim edirik:

Kütləvi zəhərlənmələrin qarşısını almaq üçün nə etməliyik?



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница