16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Rəqəmsal Sənəd Dövriyyəsi" altsisteminə qoşulması üçün yoxlamalar davam edir

"Rəqəmsal Sənəd Dövriyyəsi" altsisteminə qoşulması üçün yoxlamalar davam edir

Ötən ilin avqust ayında imzalanan "Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında" Fərmanın icrası ilə əlaqədar bu günə qədər 73 dövlət qurumundan onların elektron sənəd dövriyyəsi sistemlərinin altsistemə inteqrasiyası üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi üzrə rəy verilməsi barədə müraciətlər daxil olub.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, daxil olmuş müraciətlər əsasında xidmət tərəfindən aparılan informasiya təhlükəsizliyi auditləri zamanı dövlət qurumlarının istifadəsində olan daxili elektron sənəd dövriyyəsi sistemlərində aşkarlanan informasiya təhlükəsizliyi boşluqları və onların aradan qaldırılması istiqamətində tövsiyələr həmin dövlət qurumlarına göndərilib. Hazırda informasiya təhlükəsizliyi üzrə müsbət rəy almış 63 dövlət qurumunun daxili elektron sənəd dövriyyəsi sistemi mühafizə olunan telekommunikasiya kanalları - "AzStateNet" data şəbəkəsi vasitəsilə "Rəqəmsal Sənəd Dövriyyəsi" altsisteminə qoşulub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2023-cü il tarixli 2279 nömrəli "Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında" Fərmanının 8-ci bəndlərinə əsasən, dövlət orqanlarının istifadəsində olan elektron sənəd dövriyyəsi sistemlərinin və həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılan "Rəqəmsal Sənəd Dövriyyəsi" altsisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəyin verilməsi və mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edilməsi xidmətə tapşırılıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница