16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıda uşaq bağçasında RƏZALƏT: Müdir və tərbiyəçi işdən çıxarıldılar

Bakıda uşaq bağçasında RƏZALƏT: Müdir və tərbiyəçi işdən çıxarıldılar

Bakıda bağçaların birində tərbiyəçi azyaşlıya şiddət göstərib, təhqir edib.

Oxu.Az bildirir ki, bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.

Videonun Sabunçu rayonunda yerləşən 310 saylı bağçada çəkildiyi bildirilib. Kadrlarda tərbiyəçinin yatmadığı üçün uşağa qışqırdığı və zorakılıq etdiyi əks olunub.


Məsələ ilə bağlı Oxu.Az Bakı Şəhəri Təhsil İdarəsinə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb:

"Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib.

Həmçinin, Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib".

"Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür", - deyə məlumatda vurğulanıb.

Əzizə İsmayılova



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница