16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Fişəng şouları təşkil edənlərin NƏZƏRİNƏ: Cərimələnə bilərsiniz

Fişəng şouları təşkil edənlərin NƏZƏRİNƏ: Cərimələnə bilərsiniz

İnsan sağlamlığına zərər yetirən, əhalinin istirahətinə mane yaradan partlayıcı və tez alışan maddələrin, pirotexniki məmulatların satışı və istifadəsi qanunla qadağan olunsa da, toy məclislərində fişəng şoularının nümayişi hələ də davam edir.

Sosial şəbəkədə "Fontan şou" adlandırılan nümayişlə cütlüklərin toy gününü daha maraqlı edəcəklərini vəd edən təşkilatçılardan birinin sözlərinə görə, pirotexniki işləri görmək üçün kurs keçib, sertifikat alıblar.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, qapalı məkanlarda bu cür nümayişlərin keçirilməsi yanğın kimi bədbəxt hadisələrə səbəb ola bilər:

"Açıq alovdan istifadə edərkən hər hansısa bir şounun göstərilməsi yanğın riskini artırır, həmçinin qapalı məkanlarda insanlar tüstüdən zəhərlənə də bilərlər".

Məsələ ilə bağlı Vəkil Turan Abdullazadə isə vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsinin 517-ci maddəsinə əsasən, partlayıcı maddələrin gəzdirilməsinə, əldə edilməsinə və satılmasına görə fiziki şəxslər 40 manatdan 80 manatadək, vəzifəli şəxslər 350-500, hüquqi şəxslər isə 1 500-2 000-dək cərimə edilirlər.

Bu tədbirlərin tətbiqi kifayət etmədikdə isə15 gün müddətinə inzibati həbs tətbiq olunur.

Ətraflı Baku TV-nin süjetində:




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница