18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

“12-ci imam”ı 12 il həbs gözləyir

“12-ci imam”ı 12 il həbs gözləyir
Özünü 12-ci imam kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Növbəti proses sentyabrın 27-də davam etdiriləcək.
Xatırladaq ki, "ŞaurmaN1" restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.
Maraqlıdır, vətəndaşların külli miqdarda pulunu mənimsəyən və 1 ildir məhkəməsi davam edən Aqil Babayevi hansı cəza gözləyir?
BAKU.WS xıbır verir ki, Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevnin “mizim.media”ya dediyinə görə, Aqil Babayev qeyd olunan zərəri ödəməsə, həmin maddə ilə onu ən aşağısı onu 12 il həbs gözləyir:
"Əgər zərəri və hökumətin nəzərdə tutulmuş ödənişlərini ödəsə, cəzası azala bilər. Hətta hissəli də ödəsə, o mütləq həbs olunacaq. Çünki məbləğ külli miqdardadır və dəfələrlə baş verib.
Təcrübəyə əsaslanaraq deyə bilərəm ki, ona ən azı 10 il həbs cəzası kəsilə bilər. Onu da deyim ki, Aqil Babayev özünü vəzifəli şəxs kimi təqdim edib, hansısa vəd versə idi, o zaman əlavə maddə ilə ittiham nəzərdə tutulardı.
12-ci imam səlahiyyətini mənimsəmək mümkün deyil deyə, çox güman ki, ali maddə olmayacaq və məhkəmə ittiham çərçivəsində işə baxacaq", - deyə vəkil əlavə edib.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница