16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Qədim arilər Sibirdən gəlib və cəmiyyətin elitası olub - Alimlər sübut etdi

Qədim arilər Sibirdən gəlib və cəmiyyətin elitası olub - Alimlər sübut etdi
Qədim arilər Sibirdən gəlib və cəmiyyətin elitası olub - Alimlər sübut etdi


19 ölkə nümayəndəsindən ibarət və aralarında genetik, antrooloq və arxeoloqlar olan Beynəlxalq Alimlər Qrupu qədim insanların DNT-sını geniş şəkildə araşdırıb.

BiG.AZ-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, tədqiqatın nəticələri "Science" elmi jurnalında dərc edilib.

524 qədim insanın genlərini təhlil etdikdən sonra alimlər Avrasiyanın çöl regionlarından Hindistana Hind-Avropa dilləri daşıyıcılarının miqrasiya nəzəriyyəsini təsdiq ediblər.

Hindistanın ərazisində bir neçə min il öncə yaşayan insanlar arasında Hind-Avropa dillərinin daşıyıcıları tapılıb.

Tədqiqatda deyilir ki, Hindistanın şimal hissəsində e.ə.ikinci minilliyin ikinci yarısında qədim arilərin aşkar edilməsi qədim insanlarınAvrasiyasdan (eləcə də Sibirdən) miqrasiya etdiyini göstərir.

Sibir ərazilərindən gəlmələr Hindistanlıların arasında cəmiyyətin elitası hesab olunub.

Məlum olub ki, ən yüksək kastanın nümayəndələri olan brəhmənlərdə Sibir mühacirlərinin genləri əhalinin digər nümayəndələrinə nisbət daha çoxdur.

Hazırda bu miqrasiyanın səbəbi məlum deyil. Müstəqil tədqiqatçılar iki versiya irəli sürür: kəskin soyuqlar və şimal ərazilərinin su altında qalması.

Belə bir fərziyyə mövcuddur ki, Şimal buzlu okean ərazisində vaxtilə bir materik olub, lakin sonradan su altında qalıb və əhali bu yerləri tərk edərək cənub istiqamətində hərəkət etməyə məcbur olub.

Digər müstəqil tarixçilərin məlumatına əsasən, mühacirlər arasında astrologiya, əlkimya, teurgiya inkişaf etmiş olub. Ona görə də onların Hindistanda brəhmən (kahin) olması təəccüblü deyil. Onlar həmçinin ən yüksək kastaların ailələrində mənəvi ustad kimi xidmət göstəriblər.

Bu məlumatı nəzərə alsaq, Beynəlxalq Alimlər Qrupun arilərin miqrasiyası haqqında dedikləri ağlabatan gəlir.

Natəvan Baxşiyeva

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница