Kor və ağılsız ola bilərik

Kor və ağılsız ola bilərik
Kor və ağılsız ola bilərik


Alimlər kosmos şərtlərində yaşamağın fəsadları mövzusunda daha bir xəbərdarlıq ediblər. Gələcəkdə “qalaktikaları ələ keçirməyimizə” mane olacaq əsas səbəb kosmosda insanın gözünün dəyişikliyə uğramasıdır.

BAKU.WS saytı xəbər verir ki, Beynəlxalq Kosmik Stansiya (BKS) kimi orbital stansiyalarda işlər aparan astronavtlar, bir növ, özlərini fəda edərək, çəkisizlikdə yaşamağın fəsadlarını araşdırır. Daha əvvəlki tədqiqatlardan məlumdur ki, Yerdən kənar şərtlərdə insan orqanizminin aspektləri bir qədər fərqli işləyir. Bu istiqamətdə növbəti plan insanı Marsa çatdırmaqdır. Lakin təkcə çəkisizlik deyil, başqa planetlərdə yaşayış da insanın orqanizm funksiyalarını, yüngül dillə desək, dəyişdirə bilər.

Əvvəlki təcrübələr göstərir ki, kosmos və başqa planetləri əhatə edən ekspedisiyalarda bel əzələləri qarşısıalınmaz şəkildə zəifləyə, ürək formasını dəyişdirib “yumrulaşa”, o cümlədən şüalanmadan dolayı intellektual imkanlar məhdudlaşa bilər. Amerikalı tədqiqatçı Kristian Otto və həmkarları belə qənaətdədir ki, mikroqravitasiya insan başının toxumalarına, əvvəl hesab olunduğundan fərqli olaraq, daha mürəkkəb təsir göstərir.

Bu tezisi ələ alaraq, alimlər on beş astronavtın görmə qabiliyyətini yoxlayıblar: onlar, kosmosa uçuşdan qabaq və uçuşdan sonra hər dəfəsində müayinədən keçiblər. Mütəxəssislərin müəyyən etdiyinə görə, çəkisizlik şərtlərində yaşamaq optik sinir diskinin deformə olunmasına, daha doğrusu dartılmasına səbəb olur. Nəticədə torlu qişa və onu qidalandıran kapillyarlar şəbəkəsi arasında bir o qədər də əhəmiyyətli olmayan “boşluq” formalaşır. Yerə qayıtdıqdan sonra bu boşluq azalır, optik sinir diski isə gözdə təzyiqin düşdüyündən içəriyə doğru “dartıldığı” üçün torlu qişanın funksionallığında ciddi çətinlik meydana gələ bilər.

Sosial
Novruz Bayramı ərəfəsində əfv gözlənilir

Novruz Bayramı ərəfəsində əfv gözlənilir..

Sosial
DYP-dən sürpriz: Bütün qərarsız MMX-lar silindi

DYP-dən sürpriz: Bütün qərarsız MMX-lar silindi..

Sosial
Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq..

Sosial
Bakıdan Tbilisiyə ilk kommersiya uçuşu həyata keçirildi

Bakıdan Tbilisiyə ilk kommersiya uçuşu həyata keçirildi..

Sosial
Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin sayı artır

Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin sayı..

Sosial
Gənclərimiz lazımsız seriallara baxırlar - Deputatdan irad

Gənclərimiz lazımsız seriallara baxırlar - Deputatdan..

Rəylər (0)