16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanın ən ölümcül yolları - ANALİZ

Azərbaycanın ən ölümcül yolları - ANALİZ
Azərbaycanın ən ölümcül yolları - ANALİZ


Müharibə, xəstəlik və təbii fəlakətlərin nəticələri dünyada hər gün 1,25 milyon insanın həyatına son qoyan yol-nəqliyyat hadisələri ilə müqayisə edilə bilməz.

Azərbaycan üçün də bu məsələ ağrılı hesab edilir. Təkcə 2017-ci ildə baş verən qəzalar nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər yaralanıb.

May.Az Azərbaycan Daxili İşlər Nazirliyinin gündəlik məlumatlarına əsasən ötən ay qeydə alınan qəzaların siyahısını hazırlayıb.

Bununla iyunun 1-dən 30-dək olan dövrdə ölkədə ən təhlükəli yolları müəyyən etmək olar:

Azərbaycanın ən ölümcül yolları - ANALİZ
Azərbaycanın ən ölümcül yolları - ANALİZ
Azərbaycanın ən ölümcül yolları - ANALİZ
Azərbaycanın ən ölümcül yolları - ANALİZ


Qrafikdən görünür ki, tez-tez ölümcül qəzaların baş verdiyi ən təhlükəli yollar Abşeron ərazisindədir. Ötən ay ərzində həmin ərazidə ölümlə nəticələnən altı qəza baş verib ki, bu hadisələr zamanı ikisi azyaşlı olmaqla, dörd nəfər həlak olub. Daha doqquz nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ötən ay Qaradağ və Xəzər rayonlarında qeydə alınıb. Bu ərazilərdə baş verən qəzalar zamanı müvafiq olaraq dörd və altı nəfər həlak olub.

Ümumilikdə 2018-ci ilin iyununda Azərbaycan yollarında baş verən qəzalar zamanı 52 nəfər həlak olub, 48 nəfər yaralanıb. Bu hadisələrin əksəriyyəti Bakıda qeydə alınıb. Belə ki, göstərilən dövrdə Bakıdakı qəzalar zamanı 41 nəfər ölüb, 42 nəfər yaralanıb.

Özünüzü və yaxınlarınızı qoruyun. Sükan arxasında diqqətli olun. Rusların bu məsəli əbəs deyil: “Asta getsən, çox gedərsən...”

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница