16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bu gün Konstitusiya Məhkəməsi Prezident İlham Əliyevin təqdim etdiyi Referendum Aktı layihəsinə baxacaq

Bu gün Konstitusiya Məhkəməsi Prezident İlham Əliyevin təqdim etdiyi Referendum Aktı layihəsinə baxacaq
Bu gün Konstitusiya Məhkəməsi Prezident İlham Əliyevin təqdim etdiyi Referendum Aktı layihəsinə baxacaq


Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.

May.Az "Report”-a istinadən xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə keçiriləcək iclasda Prezident İlham Əliyevin imzası ilə Konstitusiya Məhkəməsinə daxil olan "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə baxılacaq.

Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edəcək.

Azərbaycan Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə, Konstitusiya Məhkəməsi rəyinin xülasəsi səsvermə bülleteninə daxil edilir.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница