Operativ xəbər portalı!

Dili seçin

Bu rayonlarda torpaq sahələri ucuz qiymətə satışa çıxarıldı - SİYAHI

Bu rayonlarda torpaq sahələri ucuz qiymətə satışa çıxarıldı - SİYAHI

Əmlak Məsələləri Dövlət Xidməti 3 dekabr 2025-ci ildə ölkənin bir sıra rayon və şəhərlər üzrə bələdiyyə torpaqlarının müsabiqə və hərraclarını keçirəcək. 


BAKU.WS-in əldə etdiyi məlumata görə, hərraclarda həm torpaq sahələrinin satışı, həm də uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulur.

Hərraclar Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir, Lənkəran, Ucar, Xaçmaz və Şəki ərazi şöbələrində təşkil olunacaq.

Ən çox torpaq sahəsi icarəyə Yevlax, Ağdaş, Kürdəmir, Qax və Xaçmaz rayonlarında çıxarılıb. Torpaqlar əsasən kənd təsərrüfatı və heyvandarlıq məqsədilə 5 ildən 20 ilə qədər müddətə icarəyə veriləcək. Satışa çıxarılan torpaqlar arasında Zərdab və Şabran rayonları xüsusi diqqət çəkir.

Müsabiqə və hərracda iştirak etmək istəyən şəxslər ətraflı məlumat üçün müvafiq bələdiyyələrə və ya Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinə müraciət edə bilərlər.

Müsabiqə və hərraca çıxarılmış torpaqların siyahısı


Rayon / BələdiyyəSahəSatış / İcarəMüddətİlkin qiymət (₼)TəyinatQeyd
1Yevlax, Salahlı (Varvara kəndi)3.82 haİcarə5 il458.40HeyvandarlıqKənd təsərrüfatı təyinatlı, III qrup
2Ağdaş, Xosrov (Tofiqi kəndi)6.44 haİcarə15 il708.40Kənd təsərrüfatı istehsalıEhtiyat fondu, IV qrup
3Astara, Siyaku (Siyaku kəndi)2800 kv.mİcarə20 il45.00Kənd təsərrüfatı istehsalıI qrup torpaq
4Kürdəmir, Şilyan-Qarabucaq (Qarabucaq qəs.)6.90 haİcarə15 il759.00HeyvandarlıqIV qrup, örüş torpağı
5Zərdab, Zərdab şəhəri100 kv.mSatış-5500.00SahibkarlıqYaşayış məntəqəsi torpağı, V qrup
6Şabran, Pirəbədil (Çinarlar kəndi)1200 kv.mSatış-6000.00Fərdi yaşayış eviI qrup əkin torpağı
7Şabran, Pirəbədil (Çinarlar kəndi)1200 kv.mSatış-6000.00Fərdi yaşayış eviI qrup əkin torpağı
8Şabran, Pirəbədil (Çinarlar kəndi)1100 kv.mSatış-5500.00Fərdi yaşayış eviI qrup əkin torpağı
9Xaçmaz, Nərəcan (Şıxlı kəndi)1.54 haİcarə15 il308.00Kənd təsərrüfatı istehsalıIII qrup əkin torpağı
10Qax, Qıpçaq (Ağyazı kəndi)3.70 haİcarə15 il740.00Kənd təsərrüfatı istehsalıI qrup torpaq, bonitet 100
11Qax, İlisu (Qaradolaq kəndi)8.00 haİcarə15 il800.00HeyvandarlıqI qrup torpaq, bonitet 91




Яндекс.Метрика MobTop.az