09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Bu hallarda təcili tibbi yardım çağırışa getməyə bilər - SİYAHI

Bu hallarda təcili tibbi yardım çağırışa getməyə bilər - SİYAHI

Dövlət tibb müəssisələri tərəfindən göstərilən təcili tibbi yardım xidmətləri tamamilə ödənişsiz həyata keçirilir. 


BAKU.WS-in məlumatına görə, bu xidmət yalnız təcili və təxirəsalınmaz hallarda çağırılmalıdır.

Vətəndaşlar çox vaxt təcili yardım xidmətinə aid olmayan müraciətlər edirlər ki, bu da real həyati təhlükə vəziyyətində olan xəstələrə çatma müddətini uzada bilər.

Aşağıdakı hallarda təcili tibbi yardım çağırışa getmir:

Sahə və ya ailə həkimi tərəfindən aparılmalı olan planlı müalicə və prosedurlar (inyeksiya, "sistem köçürülməsi", sarğı, xəstəlik vərəqəsinin verilməsi),

Stomatoloji (diş) yardımı ilə bağlı müraciətlər,

Pasiyentin öz istəyi ilə bir tibb müəssisəsindən digərinə daşınması,

Xəstəxanada tibbi xidmət aldıqdan sonra pasiyentin evə aparılması,

Vəfat etmiş şəxslərin daşınması,

Ev heyvanlarına tibbi yardım göstərilməsi.

Qeyd edək ki, evdə tibbi xidmət yalnız sığortaolunan şəxsin təhkim olunduğu ailə həkimi tərəfindən, təcili və təxirəsalınmaz vəziyyətlərdə isə təcili yardım briqadası tərəfindən həyata keçirilir.

İcbari Tibbi Sığorta sisteminin məqsədi səhiyyə sahəsində maliyyələşmə mexanizmlərini yeniləyərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaqdır.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница