16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Məcburən evləndirmələr sağlamlığa ziyandır - DEPUTAT

Məcburən evləndirmələr sağlamlığa ziyandır - DEPUTAT
Məcburən evləndirmələr sağlamlığa ziyandır - DEPUTAT


Ümumiyyətlə, normadan kənar hər şeyi pisləyirəm. Erkən nikahlardır, nə bilim, qızların təhsildən yayındırılmasıdır və sair - hamısı normadan kənar olduğuna görə onları qətiyyətlə pisləyir və rədd edirəm.

MAY.AZ xəbər verir ki, bunu oxu.az-a açıqlamasında yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmov bildirib.

Yazıçı hesab edir ki, qızların təhsildən yayındırılaraq, erkən nikahlara vadar edilməsi, təhsilsizlik, savadsızlıq cəhalətdir, nadanlıqdır.

"Çünki əgər tibb aləmində səhiyyə, təbabət bunu belə məsləhət görürsə, ona əməl etmək lazımdır. Hesab edirəm ki, bu, həm fiziki sağlamlıq barədə ziyanlıdır, həm də Azərbaycanın gələcəyi üçün mənfi haldır. Yəni əgər bu normalar o qırmızı xətti keçirsə, deməli, qanun pozuntusudur", - deyən millət vəkili bu kimi mənfi hallara qarşı cəmiyyətin biganə, laqeyd qalmamasını məsləhət görüb.

"Birinci, bu yöndə yüksək səviyyədə maarifləndirmə, təbliğat olmalıdır. Valideynlər, atalar, analar başa düşməlidir, dərk etməlidirlər ki, bu, həm də ziyandır. Erkən nikahlar, vaxtından əvvəl zorla, məcburən evləndirmələr sağlamlığa ziyandır", - deyə H.Mirələmov əlavə edib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница