16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Uşaqpulu gözləyənlərə ŞAD XƏBƏR: Deputat AÇIQLADI

Uşaqpulu gözləyənlərə ŞAD XƏBƏR: Deputat AÇIQLADI
Uşaqpulu gözləyənlərə ŞAD XƏBƏR: Deputat AÇIQLADI


"Sığorta ilə bağlı Milli Məclisin komitələrində yeni qanun layihələri hazırlanmalıdır. Bu sahədəki problemlər həllini tapmalıdır və Prezident də keçirilən müşavirədə tapşırıq verdi".

BiG.AZ-ın sonxeber.az-a istinadən məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov söyləyib.

S. Novruzov deyib ki, yanvar ayından müxtəlif sahələrlə bağlı addımlar atılır, sosial problemlər həllini tapır: "Müxtəlif qüvvələr bu islahatları öz adlarına çıxır. Burada məqsəd hakimiyyəti bu islahatlardan çəkindirmək, ya da bu islahatları öz adına çıxarmaqdır. Adi bir zəlzələ zamanı insanların dərdinə şərik çıxmaq əvəzinə deyirlər ki, fian vaxt mitinq edəcəyik. Bir məqamı da qeyd edim. Hazırda uşaqpulu ilə bağlı qanunvericilik hazırlanır, deyirlər ki, gəlin mitinq edək, sizə uşaq pulu verdirəcəyik. Əli Kərimli ilə Sevinc Osmanqızı iki bülbül kimi səs-səsə verib islahatları fərqli formada çatdırmaq istəyirlər".

Millət vəkili bildirib ki, Prezident xalqın maraqlarını həyata keçirir : "Atılan addımların heç biri xarici qüvvələrin təsiri ilə həyata keçirilmir. Sapı özündən olan baltaları başa düşürük. Azərbaycan dövləti Azərbaycan xalqının yanındadır. Deyirlər ki, niyə Prezident yanğında zərər çəkən insanlarla görüş keçirməyib. Prezidentin rayonda nümayəndəsi var, ilk gündə xalqla görüşdü. Əli Kərimlinin evini su basmışdı, özü getmədi, Prezident getdi, 5 min ev tikdirdi. Zaqataladakı evdə mindən çox ev tikildi. Şamaxıda, Ağsuda da evlər tikilməyə başlanıb. Onların məsələlərə bu cür yanaşması onların erməni xislətindən irəli gələn məsələdir. Biz bu islahatları, atılan addımları cəmiyyətə düzgün çatdırmalıyıq".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница