16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Suyun qiyməti artırılacaq? - Rəsmi açıqlama

Suyun qiyməti artırılacaq? - Rəsmi açıqlama
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur.
"Qafqazinfo" xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.
"Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir", - açıqlamada vurğulanıb.
Qeyd edək ki, martın 10-u Ekologiya və Təbii Sərvətlər Nazirliyində ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı tədbir keçirilib. Tədbirdə "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov bildirib ki, su qiymətlərinə yenidən baxıla bilər: "İçməli su maya dəyərindən ucuz qiymətə satılır. Bu da "Azərsu" ASC-nin rentabelli işləməsinə maneə törədir. Gələcəkdə su tariflərinin artırılması ilə bağlı Tarif Şurası qərar verə bilər. Lakin biz də bununla bağlı belə bir proqram hazırlayırıq ki, su qiymətlərinə yenidən baxılsın".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница