16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Çimərliklərə kanalizasiya sularının axıdılmasının qarşısı alınacaq

Çimərliklərə kanalizasiya sularının axıdılmasının qarşısı alınacaq
Çimərliklərə kanalizasiya sularının axıdılmasının qarşısı alınacaq


Azərbaycanda 2017-2020-ci illərdə çimərliklərdə ətraf mühitin mühafizəsinə dair kompleks tədbirlər həyata keçiriləcək.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi bu il çimərliklərin mühafizəsi sahəsində normativ hüquqi aktların tələblərini pozan hüquqi və fiziki şəxslərin inzibati məsuliyyətini müəyyən edən qanun layihəsi hazırlamalıdır. "Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları 2017-2020-ci illərdə çimərlik ərazilərinə axıdılan təmizlənməmiş təsərrüfat-məişət tullantı sularının hermetik qapalı sistemə keçirilməsi, axıntıların birbaşa yox, mövcud kanalizasiya şəbəkəsinə birləşdirilməsi, kanalizasiya şəbəkəsi olmayan sahilboyu ərazilərdə tullantı sularının təmizlənməsi üçün stasionar təmizləyici qurğular şəbəkəsinin yaradılması və mütəmadi araşdırmaların təşkilini təmin etməlidir. Bu müddət ərzində "Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyinə ərazilərdən çimərliklərə birbaşa çıxışı olan bütün drenaj, yağış və digər axıntı sularının zərərsizləşdirilməsinin təmin edilməsi tapşırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi və yerli icra hakimiyyəti orqanları 3 il ərzində çimərliklərdə sanitariya-mühafizə zonalarının yaradılması və bu ərazilərdə həyata keçirilməsinə qanunla yol verilən fəaliyyət növləri ilə bağlı təkliflər verməlidirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları 2017-2018-ci illərdə çimərliklərdə məişət tullantılarının idarə olunması mexanizminin təkmilləşdirilməsini təmin etməlidir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница