16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Sumqayıtda yeni peşə təhsili mərkəzləri yaradılacaq

Sumqayıtda yeni peşə təhsili mərkəzləri yaradılacaq
Sumqayıtda yeni peşə təhsili mərkəzləri yaradılacaq


Sumqayıt şəhərində sənaye, yüksək texnologiyalar və xidmət sahəsi üzrə peşə təhsili mərkəzlərinin yaradılması nəzərdə tutulub.

Bu, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, iri sənaye mərkəzlərində peşə təhsili və təlimi müəssisələrinin optimallaşdırma prosesinin həyata keçirilməsi, müasir təminatlı peşə təhsil mərkəzlərinin yaradılması tədbirinin icrası çərçivəsində planlaşdırılır.

Nazirlər Kabinetinin qərarı ilə yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edən müasir tipli Peşə Tədris Mərkəzi yaradılır. 2014-cü ildə tikintisinə başlanılan mərkəzin A, B, H, D və E blokları üzrə tikinti işləri yekunlaşıb, hazırda digər tamamlama işləri görülür.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница