^
U

Son zamanlar apteklərdə dərman qıtlığı yaşanır. Tələbat olan bəzi dərmanları aptekdə tapmaq olmur. Aptekə üz tutduqda isə həmin dərmanların depoda tükəndiyi yaxud satışının dayandırıldığı deyilir.
Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim Aydın Əliyev BiG.AZ-a bildirib ki, apteklərdə hər hansısa dərman çatışmırsa ya onun qiyməti artır, ya da daha baha qiymətə alternativ təklif olunur:

"Ölkəmizdə dərman siyasəti çox bərbad haldadır. Yəni bu sahədə dövlət nəzarəti olsa da, neqativ haldadır. Ciddi statistik məlumatlara əsaslanan bir dərman siyasəti təəssüf ki, bizdə yoxdur. Bu işlə özəl şirkətlər məşğul olur. Bildiyimiz kimi özəl sisitemdə maddi maraq hər zaman öndədir. Ola bilsin ki, bu, düşünülmüş halda olsun. Yəni apteklərdə bəzi dərman qıtlığı yaransın və onun qiyməti artsın deyə. Dəqiq məlumatım yoxdur, amma təxmini belə bir fikir irəli sürmək olar. Ola bilər ki, süni qiymət artımı yaratmaq üçün həmin dərmanları depolarda saxlayarlar. Artıq bununla müvafiq dövlət orqanları məşğul olmalıdır. Apteklərdə hər hansısa dərman çatışmırsa ya onun qiyməti artır, ya da daha baha qiymətə alternativ təklif olunur. Bu, bazarın siyasəti, qaydalarıdır. Amma dərman məsələsi ticari olmaqdan daha çox strateji məsələdir. Yəni insan sağlamlığı ən prioritet məsələdir. Ona görə də dövlət səviyyəsində bu işlə ciddi məşğul olunmalıdır. Bu işlə məşğul olacaq müvafiq dövlət qurumları var, amma təəssüf ki, onlar bununla məşğul olmurlar".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sosial Oxunub: 218 Tarix: 24-10-2022, 20:01
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az