16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Kanalizasiya suyunu dənizə axıtdırdığına görə rəis cərimələndi

Kanalizasiya suyunu dənizə axıtdırdığına görə rəis cərimələndi
Kanalizasiya suyunu dənizə axıtdırdığına görə rəis cərimələndi


Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xəzər dənizi sahili zonasında çirkab suların çimərlik zonasından birbaşa Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülərlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.

MAY.AZ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sözügedən əraziyə keçirilən baxış zamanı çirkab suların birbaşa Xəzər dənizinə axıdıldığı aşkar olunub. Araşdırma zamanı çirkab suların Sumqayıt Su Kanal İdarəsinə məxsus kanalizasiya şəbəkəsindən təxliyə üçün nəzərdə tutulan boru xətdən birbaşa dənizə axıdıldığı müəyyən edilib.

Faktla bağlı Sumqayıt Su Kanal İdarəsinin rəisi Darvin Hüseynov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

Belə hallara bir daha yol verilməməsi üçün İdarəyə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница