16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Metroda "Torpaq əgər uğrunda ölən varsa, vətəndir!" yazısı çıxarıldı, reklam yerləşdirildi

Metroda "Torpaq əgər uğrunda ölən varsa, vətəndir!" yazısı çıxarıldı, reklam yerləşdirildi
Metroda "Torpaq əgər uğrunda ölən varsa, vətəndir!" yazısı çıxarıldı, reklam yerləşdirildi


“28 May” metrostansiyasının platformasındakı "Torpaq əgər uğrunda ölən varsa, vətəndir!" lövhəsinin yerində "Manikür və dırnaq dizaynı məktəbi"nin elanı yerləşdirilib. Bu yerdəyişmə sosial şəbəkələrdə paylaşılıb və marağa səbəb olub.

Məsələ ilə bağlı olaraq BAKU.WS “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxlayıb.

N.Paşayev bildirib ki, reklam yeri boş olduğu üçün ora milli mənəvi dəyərləri əks etdirən lövhə vurulub.

“Qanunvericiliyin tələbinə əsasən reklam yerlərinin müəyyən hissəsi sosial reklamlar üçün nəzərdə tutulmalıdır. Və bildiyiniz kimi, bütün metronun stansiyalarında sosial reklam yerləri var. Ola bilsin ki, kimlərsə buna əməl etməsinlər. Amma Bakı Metropoliteni bu qanuna ilk gündən riayət edir. Metrostansiyanın həmin yeri əvvəldən reklam üçün nəzərdə tutulmuşdu. Hansısa şirkətin sifariş verdiyi bannerlərin müddəti bitdikdən sonra yeri boş olmasın deyə ora sosial reklamlar, maraqlı lövhələr hazırlayıb asırıq. Bir müddətdən sonra isə hansısa şirkət o yeri alırsa, biz təzədən o yeri yeni reklam lövhəsi üçün hazırlayırıq. Bu normal haldır”, - deyə qurum rəsmisi əlavə edib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница