16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakı Metropolitenində yeni aksiyaya başladı

Bakı Metropolitenində yeni aksiyaya başladı
Bakı Metropolitenində yeni aksiyaya başladı


“Bakı Metropoliteni” QSC “Metroda oxu” adlı növbəti sosial-aksiya həyata keçirir.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə açıqlamasında bildirib ki, aksiyanın məqsədi mütaliənin faydası və onun daha geniş təbliğinin təşkilinə dəstək olmaqdır:

"Bizə çox maraqlıdır, siz - bizim sərnişinlərimiz, hansı kitabları oxuyursunuz, ətrafdakıların buna reaksiyası necədir, elektron, yoxsa adi kitablara üstünlük verirsiniz və sair. Aksiyada iştirak etmək üçün metroda oxuduğunuz kitabla selfi və ya kitab oxuyan sərnişinlərin maraqlı fotosunu çəkib onu #metrodaoxu heşteqi ilə facebook səhifənizdə paylaşmaq lazımdır. Fotoya qısa şərh də əlavə edə bilərsiniz, yəni, oxuduğunuz kitabın adı və onun haqqında fikirləriniz".

N.Paşayev bildirib ki, “Bakı Metropoliteni” QSC “Əli və Nino” mağazalar şəbəkəsi ilə birlikdə həftə ərzində paylaşılan bütün fotoları dəyərləndirib, qalibi seçərək rəsmi səhifəsində paylaşacaq və statusun müəllifinə 20 manat nominalında kupon hədiyyə edəcək. Bu kuponla “Əli və Nino” kitab mağazaları şəbəkəsindən kitab almaq olar.

Qeyd edək ki, “Metroda oxu” adlı sosial-aksiya mayın 1-nə kimi davam edəcək. Fotoçəkilişə yalnız metro vaqonlarında icazə verilir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница