16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda valideyn uşağına "Arenda" adı qoymaq istədi

Azərbaycanda valideyn uşağına "Arenda" adı qoymaq istədi
Azərbaycanda valideyn uşağına "Arenda" adı qoymaq istədi


“Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdindəki “Adlar və soyadlar” komissiyasına şəxs adların düzgün yazılışı və dilimizə uyğun olmayan adların uşaqlara verilməsi ilə bağlı müraciətlər daxil olur”.

BAKU.WS xəbər verir ki, bunu APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, “ASAN xidmət” mərkəzləri tərəfindən Azərbaycan dilinə uyğun olmayan - “Toybəy”, “Arenda” adları ilə bağlı müraciətlər olub: “Bu adların uşaqlara verilməsinə icazə verilməyib. Bir də “Əli” və “Yusif” adlarının “Ali” və “Usub” şəklində uşaqlara verilməsini israr edən valideynlər var. Lakin adların düzgün yazılış forması “Əli” və “Yusif”dir. Bunu vətəndaşlarımız bilməlidir”.

Son dövrlər oğlan uşaqlarına daha çox dini adların qoyulduğunu vurğulayan S. Sadıqova qeyd edib ki, “Übeyd”, “Üveys” adları ilə də bağlı edilən müraciətlər artıb: “Bu günlərdə “Musab” və “Ünalp” adları ilə bağlı müraciət edilib. “Ünalp” çox maraqlı addır. “Ün” - səs, “alp” - igid deməkdir. Bu ad “İgidin səsi” anlamını verir. “Ünal”, “Tuqan”, “Tuqay” adları da artıq qəbul olunub. “Tuqay” adının isə iki mənası var. Bu ad həm “hərbi birlik”, həm də “əziz” mənasını daşıyır”.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница