Maraqlı:
“Kasperski Laboratoriyası” Android qurğularında Votsapdan ismarışların oğurlanması da daxil olmaqla, bir neçə zərərli fəaliyyəti icra edən yeni proqram aşkarlayıb.
May.az xəbər verir ki, virus böyük mobil operatorların saxta saytları vasitəsilə yayılır.
Məlumata görə, virus saytlarda istifadəçilərə internet əlaqəsini sürətləndirən vasitə kimi təqdim olunur. Qurğuya yükləndikdən sonra isə virus mobil telefon danışıqların yazılması, SMS-lərin və Votsap mesajlarının oğurlanması, GPS və təqvim məlumatlarına daxil olmaq kimi imkanlara sahib olur. “Skayqofri” (Skygofree) həmçinin təyin olunmuş məsafədə olduqda səs yazılmasını və mobil qurğunun vay-faya qoşulmasını təmin edə bilir.
“Skayqofri” bizim bu platforma (Android) üçün indiyə qədər qarşımıza çıxan ən güclü casus alətlərindən biridir”, - analitiklər bildirib.
Qeyd edək ki, “Skayqofri”nin yayılması 2015-ci ildən kütləvi xarakter daşımağa başlayıb.
Комментарии
Xəbərlərə abunə olun!
Təsadüfi

Dünyada milyarda yaxın adam ektrik
13-11-2019, 15:01

Robert Pattinson məşhur rejissorun
21-11-2024, 12:52

Yerə düşən meteorların mənşəyi müəyyən
18-10-2024, 08:21

Xalq artisti Mirzə Babayevin anadan
16-07-2024, 09:44

Nailə Mirməmmədlinin ölüm səbəbi MƏLUM
4-01-2021, 15:09