16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Əgər günahı varsa cəzasını çəksin" - Həbsdə olan Fədayənin Bacısı

"Əgər günahı varsa cəzasını çəksin" - Həbsdə olan Fədayənin Bacısı
"Əgər günahı varsa cəzasını çəksin" - Həbsdə olan Fədayənin Bacısı


Müğənni İlahə Fəda “Səni axtarıram” verilişinin qonağı olub.

Big.azın məlumatına görə, sənətçi hazırda həbsdə olan Fədayə Laçından danışıb.

O, aparıcının Fədayə ilə bağlı suallarını cavablandırıb və bunları deyib:

“Nə qədər yaxşı olacağını təsəvvür edin. Bu da bir çilədir, yazıdır çəkirik. Fədayənin səsini yayımlamasınlar çox pis oluram. İkimiz də Bakıya gələnə qədər çox yaxşı yaşamışıq. Bilmirəm harada səhv etdik… Bakıya gəldik, 4 qız və anamız. Çətin idi bizə… Biz ögey atanın da nə olduğunu gördük… Fədayənin də, mənim də uşaqlıqdan bir qanadımız qırıq olub. Atasız uşaqlar bizi başa düşər.

Sənəti buraxmadım, amma gördüm ki, toymara getməklə çətin olacaq. başladım ticarətlə məşğul oldum. Zəngin oldum, hər şeyim var idi. Sevdiyim insan 41 yaşında rəhmətə getdi”.

İ.Fəda bacısı həbs olunandan sonra heç kimin onu toya dəvət etmədiyini söyləyib:

“Demirəm, bacımın günahı yoxdur. Var ki, hüquq mühafizə orqanları onu tutub. Bacımın günahı təsdiq olunmayıb. Onun haqqında yazılanlara dözə bilmirəm. Onu necə günahlandıra bilərsiniz? Toylara belə artıq məni çağırmırlar. Çörəkpulunu toydan qazanırdım. İndi onu da çox gördülər.

Fədayənin günahı var, bəs mənim? Məni artıq tədbirlərə dəvət etmirlər. 1996-cı ildən toya çağrılmışam. Nə vaxt dava salıb, adam döydürmüşəm? Mənim günahım nədir? Pul üçün heç yüngül mahnılar oxumağa qıymamışam.

Bizim Fədayənin o şəxslə münasibətindən xəbərimiz yox idi. O haqda danışmaq istəmirəm. Əgər günahı varsa, istəyirəm ki, cəzasını çəksin. Yoxdursa, azadlığa çıxıb danışacaq”.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница