16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Onun özünü hamilə qoymaq lazımdır" -11 yaşlı qıza təcavüz edən ATALIQDAN DANIŞDILAR

"Onun özünü hamilə qoymaq lazımdır" -11 yaşlı qıza təcavüz edən ATALIQDAN DANIŞDILAR
Xəbər verdiyimiz kimi İmişli rayonunda 11 yaşlı qızın atalığı tərəfindən zorlanaraq hamilə qalması xəbəri iki gündür mediada müzakirə olunur.
BiG.AZ xəbər verir ki, məşhurlardan da bəziləri bu xəbərə sosial media hesabında münasibət bildiriblər. Hər kəs anaya və atalığa qarşı əsəblərini ifadə edib.
Məşhur rejissor Kənan MM sosial media hesabında 11 yaşlı qızı hamilə qoyan atalığa qarşı "Onun özünü hamilə qoymaq lazımdır" deyə fikrini bildirib.
Müğənni Nigar Camal isə post paylaşaraq:
"Mən bilmirəm nə yazım, nə deyim?! Dünəndən bəri 11 yaşlı qızın ögey atasından 7 aylıq hamilə olma xəbəri ağlımdan çıxmır. Necə ana olasan ki, buna göz yumasan?Necə şərəfsiz olasan ki,11 yaşlı uşağa göz dikəsən. Hələ bu uşaq indi hamilə qalıb, Allah bilir illərdir bu təcavüzə məruz qalıb. Anası da susub...
Mənə çox maraqlıdır, ər, həyat yoldaşı, yanında hansısa kişinin olması, övladınızdan daha vacibdir? Axı bu insanlığın hansı səviyyəsidir? Bir qadın olaraq kişisiz ayaqda qalmaq çoxmu çətindir? Dəyərmiydi iki körpənin həyatını məhv etməyə? Əziz qadınlar, əziz analar, övladlarınızı diqqətdən kənarda qoymayın, ən kiçik səhvlərində geri itələməyin. Onlarla dost olmağa, onları başa düşməyə çalışın. Hər şeyi qadağalarla, "olmaz"larla yox, daha şirin və yumuşaq dillə anlatmağa çalışın. Əminəm ki, işə yarayacaq. Hüquq-mühafizə orqanlarından isə xahiş edirəm ki, bu körpənin cinayətində, həyatının məhv olmasında kimin əli varsa, cəzalandırılsın! Xüsusilə, bu "atalığ"a ömürlük cəza verilsin, necə ki, bu körpəyə ömürlük cəza verilib" sözlərini yazıb.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница