09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Gürcüstanda azərbaycanlı yeniyetmələr nişanlandı

Gürcüstanda azərbaycanlı yeniyetmələr nişanlandı

Gürcüstanın Kaspi rayonunun azərbaycanlılar yaşayan Ferma kəndində 15-16 yaşlı oğlan və qızın nişanlanması barədə məlumatlar yayılıb.
"Report"un yerli bürosu xəbər verir ki, sosial şəbəkələrdə yer alan foto və videolarda iddia olunan nişan mərasimində yeniyetmələrin bir-birinin barmağına üzük taxması əks olunub.
Yayılan məlumatlara əsasən, qız 9-cu sinif şagirdidir, onun ailə üzvü ictimai məktəbdə çalışır.
Qızın babası Şaxal İsmayılov yerli mətbuata nişanın baş tutması faktını təkzib edərək bildirib ki, nəvəsinin ad günü qeyd olunub və üzük ona hədiyyə kimi təqdim edilib.
Gürcüstanın insan hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ölkənin Daxili İşlər Nazirliyini (DİN) faktla bağlı araşdırma aparmağa çağırıblar. DİN-dən məsələ ilə bağlı hələ heç bir şərh verilməyib.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница