16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ziya Məmmədovun oğlu Tramp ailəsini təbrik etdi (FOTO)

Ziya Məmmədovun oğlu Tramp ailəsini təbrik etdi (FOTO)
Ziya Məmmədovun oğlu Tramp ailəsini təbrik etdi (FOTO)


Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Tramp ailəsini prezident seçkilərindəki qələbə münasibəti ilə təbrik edib.

BAKU.WS-in məlumatına görə, Anar Məmmədov Donald Trampın qızı olan və "The Trump Organization”in vitse-prezidenti İvanka Trampla birgə fotosunu paylaşıb və bunları yazıb:

"Mənim əziz dostum, tarixi gün münasibət ilə Sizi və Sizin ailənizi təbrik edirəm!"

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Trampın New York, Çikaqo, Toronto, Las-Veqas, Panama, Miami, Vaşinqton, Rio de Janeoro kimi şəhərlərdə "Trump” adlı brend otellər şəbəkəsi var. Bakıda da eyni adlı – "Trump” oteli inşa edilib. Otel Heydər Əliyev Prospektinin yaxınlığında yerləşir.

Trampın adını daşıyan binaların çoxu kimi Bakıdakı otel də onun xüsusi razılığı əsasında inşa edilib. 2014-cü ildə milyarder bəyan etmişdi ki, "Trump İnternational Hotel & Tower Baku” ,"Trump Organization”un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir.

Donald Trampın Azərbaycandakı "Trump Hotel and Tower” otelinə görə lisenziya gəliri 2,5 milyon dollar təşkil edib. Maraqlı məqam bundan ibarətdir ki, otelin açılışı 2015-ci ilin iyun ayında baş tutmalıydı. Lakin otelin açılışı həyata keçirilməyib.

Nazim Babayev

Ziya Məmmədovun oğlu Tramp ailəsini təbrik etdi (FOTO)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница