08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Bakıda cinsi azlıqlardan çay evinə basqın: "Şamplena" damarlarını doğradı"

Bakıda cinsi azlıqlardan çay evinə basqın: "Şamplena" damarlarını doğradı"
Bakıda cinsi azlıqlardan çay evinə basqın: "Şamplena" damarlarını doğradı"


Seksual azlıqların nümayəndələrindən ibarət qrup Bakıdakı çay evinə hücum edərək oranı talana məruz qoyub.

BAKU.WS-in məlumatına görə, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İnsident iyulun 3-dən 4-nə keçən gecə saat 00:10 radələrində Nizami rayonunda, 24-cü polis bölməsinin ərazisində baş verib. Çobanzadə küçəsində yerləşən çayxananın sahibi Məmmədov Rafiq Ramazan oğlu polisə şikayət ərizəsi ilə müraciət edib.

Məmmədovun sözlərinə görə, ona məxsus obyektə 3 cinsi azlığın nümayəndəsindən ibarət qrup gələrək, 500 manat pul tələb ediblər. Bu pulu Məmmədov azlıqların nümayəndələrindən birinə borclu imiş. Məmmədov onlara bildirib ki, onun üstündə bu qədər pul yoxdur və tezliklə o pulu qaytara bilməyəcək.
Bu zaman gənclərdən ibarət qrup çayxananı dağıtmağa və talan etməyə başlayıb. Onlar mebelləri, stəkanları qırıblar, şüşə qırıqlarını Məmmədovun üstünə atıblar və o, qolundan zədə alıb.

Bununla yanaşı, "Şamplena" (bu ifadəni xalq artisti Aygün Kazımova gündəlik həyatımıza daxil edib və böyük ehtimalla onun əsl mənasını heç özü də bilmir. Bizə məlum olan yalnız budur ki, Samuel Şamplen fransız səyahətçi və hidroqraf olub və 1601-ci ildə "kral coğrafiyaşünası" titulunu qazanıb — red.), ləqəbini daşıyan həmin dələduzlardan biri stəkanın qırığı ilə öz venasını kəsib və nəticədə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Hələlik baş vermiş hadisə dələduzluq kimi rəsmiləşdirilib. Faktla bağlı heç kəs saxlanılmayıb. İnsident iştirakçılarının şəxsiyyəti müəyyənləşdirilir. İşin materialları Nizami RPİ-nin təhqiqat şöbəsindədir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница