16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Vilayət Eyvazovdan həbs edilmiş qadının yanında olan üç yaşadək uşağı ilə bağlı QƏRAR

Vilayət Eyvazovdan həbs edilmiş qadının yanında olan üç yaşadək uşağı ilə bağlı QƏRAR
Vilayət Eyvazovdan həbs edilmiş qadının yanında olan üç yaşadək uşağı ilə bağlı QƏRAR


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tutulmuş və ya həbs edilmiş qadının yanında olan üç yaşınadək uşaqla bağlı məhkəmə vəsatəti qaldırmasında dəyişikliyi nəzərdə tutan qərar imzalayıb.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı “Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat”ın 11.4.9-cu bəndinə dəyişiklik edilib.

Həmin bənd tutulmuş və ya həbs edilmiş qadının yanında olan üç yaşınadək uşağına qayğı göstərilə bilməməsi ilə bağlıdır.

Bu zaman qadın uşağın qanunla müəyyən edilmiş qaydada qohumlarına verilməsi, bu mümkün olmadıqda isə uşaqlar üçün sosial xidmət müəssisələrinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər.

Sənədin bundan əvvəlki variantında isə müvafiq hallar üçün üç yaşınadək uşaqların qohumlarına və uşaq müəssisələrinə verilməsi üçün vəsatət qaldırılması nəzərdə tutulurdu.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница