16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Cem Yılmaz Miri Yusiflə bağlı fikirlərinə aydınlıq gətirdi

Cem Yılmaz Miri Yusiflə bağlı fikirlərinə aydınlıq gətirdi
Cem Yılmaz Miri Yusiflə bağlı fikirlərinə aydınlıq gətirdi


Xəbər verdiyimiz kimi Türkiyənin məşhur komediya ustası Cem Yılmaz Bakıya gəlib. O, iki gün "stand-up" şousu ilə "Konqres Mərkəz"də çıxış edib.

MAY.AZ oxu.az-a istinadən xəbər verir ki, öncə mətbuat konfransında, daha sonra isə "stad-up" şousunda Cem yenicə Xalq artisti adına layiq görülmüş Miri Yusifə sataşıb.

"Azərbaycan sənətçilərindən kimi tanıyırsınız?" sualına aktyor "Mən də bir həftə Azərbaycanda qalsam, Miri Yusif kimi xalq artisti olaram" deyərək media nümayəndələrinin üzünü güldürüb.

Daha sonra səhnəyə çıxan Cem Miri Yusifə ikinci dəfə söz atıb. O, xalq artistinin "Səndən bir dənədir" mahnısını "Məndən bir dənədir" deyərək zümzümə edib. Məşhurun bu çıxışı isə sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

Bu gün isə Şəhidlər xiyabanını ziyarətə edən sənətçi Miri Yusiflə bağlı etdiyi zarafata aydınlıq gətirib. O, sənətçini sevdiyi üçün belə bir addım atdığını dilə gətirib:

"Miri Yusiflə dost deyiləm. Onu çox sevirəm. Eşitdim ki, yenicə "Xalq artisti" adına layiq görülüb. Bu isə çox önəmli fəxri addır. Mən də bir az onunla zarafat etdim. Hamı istəyər ki, "Xalq artisti" adına layiq görülsün. Çox gözəl hissdir. Onun xətrinə dəyəcək nəsə deməmişəm. Bu fəxri ada sahib olmaq isə bir həftə içində olacaq bir şey deyil (gülür)".

Cem Yılmaz ötən gün baş tutan konsetdən məmnun qaldığını söyləyib:

"Ötən axşam gözəl konsert keçdi. Həyacanlı idim. Ümüd edirəm ki, tamaşaçılar mənim çıxışımı bəyəndilər. Hər şey ürəyimcə oldu. Özüm özümə dedim ki, kaş mərifətli bir iş etsəydim (gülür). Təbii ki, bu işdən də məmnun qaldım. Mənə qarşı olan diqqət çox gözəldir. Səhnədə də bunu söylədim ki, bizim Azərbaycana daha çox gəlməyimiz lazımdır. Bir çox yaxın dostlarıma da söyləyəcəyəm ki, burda olan sənətçilərlə görüşüb, onlarla çoxlu vaxt keçirtməliyik. Bərabər işlər görməliyik. Birlikdə filmlər çəkib, musiqilər yazmağımız lazımdır. Biraz da yaxınlaşmağımız lazımdır".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница