16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"240 min xərcləmişəm" - Murad Miri Yusifi müdafiə etdi

"240 min xərcləmişəm" - Murad Miri Yusifi müdafiə etdi
"240 min xərcləmişəm" - Murad Miri Yusifi müdafiə etdi


“Müğənninin qonorarı ona olan tələbat və onun öz işlərinə xərclədiyi maliyə ilə tənzimlənir”.

BiG.AZ xəbər verir ki, bu sözləri aparıcı və müğənni Murad Arif sosial media hesabında yazıb.

O, son günlər Xalq artisti Miri Yusifin toy qonorarı ilə bağlı səsləndirilən iradlara cavab verib:

“Camaat böyük heyətlə oturub strategiya cızır, plan qurur. Bilin ki, ilə ən az 3-4 video çıxaran, onu reklam edən, azı 2-3 konsert verən müğənni, 250-300 min manat xərcləyir. Hərdən ziyanımıza da işləyirik. Olur! Özüm (hələ mahnılarımı özüm yazaraq) 2014-2018-ci illər arası yazdırdığım, çəkdirdiyim bütün işlərə 240 min manat xərcləmişəm. Hər çıxartdığımız iş də “feedback” vermir, pul geri gətirmir. Tutmayan nəğmələr də olur. Xüsusən ilk il, risklə çalışdım.

Şəxsən 2 il kirayədə yaşadım, amma mahnılarıma və arzularıma güvəndim. Məndən 3-5 qat artığını da Miri Yusif, Aygün Kazımova, Tünzalə Ağayeva, Röya Ayxan xərcləyir. Qonorarları müzakirə edəndə, bir bunu da deyin. Niyə demirsiniz ki, bu adamların sayəsində bütöv bir sektor işləyir, yaşayır, dolanır: bəstəkarlar, söz yazarları, aranjımançılar, studiyalar, rəqqaslar, işıqçılar, operatorlar, rejissorlar, dizaynerlər, kopirayterlər, köməkçilər, SMM-çilər, böyük bir heyət ayaqda durur.

Daha bəziləri kimi, o kanal sənin, bu kanal mənim gəzib, hər dəxlisiz mövzu, repertuar, öz hitlərin olmadan, sənətə pul xərcləmədən gündəm olmağa nə var ki? Başqasının pulunu saymaq, iş prinsipini tənqid etmək ədəbdən deyil. Etməyin!”.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница